Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağ istiqamətində “Smerç” reaktiv yaylım atəş sistemindən istifadə edilməsi ilə bağlı erməni tərəfinin yaydığı məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında “Smerç” sistemi var, lakin hələlik ondan istifadə edilməyib.
Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan Ordusunun onlara qarşı “Smerç” silahından istifadə etməsi barədə məlumat yayıb.