BİLƏSUVAR. Aprelin 3-də qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Fərahim Nadir oğlu Novruzov doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndindəki qəbiristanlıqda dəfn olunub.
APA TV-nin cənub bürosunun məlumatına görə, dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, o cümlədən yerli ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.Yaylım atəşi açıldıqdan sonra şəhid əsgər torpağa tapşırılıb. Fərahim Novruzovun tabutuna çəkilmiş Azərbaycanın üçrəngli bayrağı onun atasına təqdim olunub.