Fransa Senatının üzvündən Ermənistana qarşı BƏYANAT

Fransa Senatının üzvündən Ermənistana qarşı BƏYANAT backend

Fransa Senatının üzvü Jan-Mari Bokel Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən bəyanat yayıb. QAZİLER.AZ-ın Azərtac-a istinadən məlumatına görə, bəyanatda senator Jan-Mari Bokel çoxlu insan itkisinə, eləcə də bir neçə azərbaycanlı dinc əhalinin ölümü ilə nəticələnən Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti şəkildə pisləyir. Jan-Mari Bokel Ermənistanın Azərbaycanın torpaqlarını qeyri-qanuni işğalı ilə bağlı təmas xəttində baş vermiş son hadisələrin günahsız qurbanlarına rəhmət diləyir. Fransalı senator Minsk qrupunun həmsədrlərinin münaqişədə diqqətsizliyinə və yalnız faciəli qarşıdurmaya gətirib çıxaran ədalətsiz status-kvonun illərdir saxlanmasına təəssüfləndiyini bildirir.

Senator qeyd edir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməli və qoşunlarını Dağlıq Qarabağ da daxil olmaqla işğal etdiyi bütün Azərbaycan torpaqlarından dərhal və qeyri-şərtsiz çıxarmalıdır.

Jan-Mari Bokel Azərbaycan dövlətinin cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq qərarını alqışlayır və Ermənistanı da belə qərar qəbul etməyə çağırır.
Diaspora