Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək. Virtualaz.org TRT kanalına istinadən bildirir ki, iclasda Qarabağdakı gərgin vəziyyət də müzakirə olunacaq.
Prezident İqamətgahındakı mənbə telekanala bildirib ki, yerli vaxtla saat 19.00-da başlayacaq iclasda müzakirə olunan əsas mövzu terrorizmlə mübarizə məsələsi olacaq.
Bundan başqa, regional məsələlərin, Azərbaycanda və Ermənistandakı vəziyyətin müzakirəsi də planlaşdırılır.