Azərbaycanın ilk hərbi diktoru, hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı bu marşı çox tezliklə yazdıracağını söyləyib.
Qaziler.az bildirir ki, ordumuzun ugurlarından ruhlanan Şəmistan Əlizamanlı Azərbaycanın "Qələbə marşı"nı yazdırmağa qərar verib.Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu bu marşın yazılması üçün bütün lazımi köməkliyi göstərəcəyini bildirib.
Bu barədə məlumatı Qaziler. az saytının baş redaktoru Rey Kərimoğlu verib.
Onlar bu məlumatı Səfərbərlik və Hərbi Çağırış Üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə hal-hazırda 10-dan yuxarı müharibə təşkilatı rəhbərləri ilə birlikdə cəbhə xətti boyu baş tutan səfər zamanı deyiblər.