Güney Azərbaycan Qarabağ üçün ayaqda - Təbrizdən yeni VİDEO

Güney Azərbaycan Qarabağ üçün ayaqda - Təbrizdən yeni VİDEO backend

Qarabağda - Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gedən şiddətli döyüşlər Azərbaycanın Güneyində də böyük narahatlıqla izlənilir.

Qaziler.az Turkustan.info-ya istinadən xəbər verir ki, bir sıra Güney Azərbaycan kəndlərinin sakinləri Qarabağla sərhəd ərazilərə, Arazboyuna çıxaraq əsgərlərimizlə həmrəyliklərini nümayiş etdiriblər. Ordumuzun qələbəsi üçün dualar ediblər.

***
Bu arada Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bəyanat yayaraq işğal edilmiş topraqlarımızı Güney Azərbaycan xalqının milli məsələsi olaraq gördüklərini açıqlayıblar. Bəyanatda deyilir:
- Güney Azərbaycan milli azadlıq hərəkatı xalqımızın bütün milli məsələlərinə göstərdiyi həssasiyəti və üstləndiyi sorumluluğu eyni dərəcədə tarixi və əbədi Azərbaycan toprağı olan Qarabağ üçün göstərməkdədir. Ermənistan və bölgədəki strateji dəstəkçiləri Bütöv Azərbaycan xalqının varlığını hədəf alıbdır. 30 milyon Güney azərbaycanlının vətəndaşı olduğu İran hökumətinin Ermənistanla davam etdiyi dostluq ilişkiləri Güney azərbaycanlılara qarşı apardığı düşmənçilik siyasətinin sənədidir. Güney Azərbaycan xalqının və milli fəallarının davamlı və cəmi etirazlarına baxmayaraq Ermənistanla dostca əlaqələrinə davam edən İran hökumətini insanlıq və millətimiz adına qınayırıq. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi olaraq əziz şəhidlərimizin ailələri və yaxınlarına bütöv Azərbaycan millətinə başsağlığı diləyirik Azərbaycan dövləti ordusu və millətinin yanındayıq və ordumuzun İşğal edilmiş torpaqlarımızı Ermənistan silahlı qüvvələrindən təmizləyəcəyinə inanırıq.
***
Dünən gecə isə təbrizli gənclər küçələrə çıxaraq "Qarabağ bizimdir, bizim olacaq", "Ölüm olsun erməniyə" şüarları ilə yürüş keçiriblər.
Turkustan.info təbrizli gənclərin yürüşündən çəkilmiş videonu təqdim edir:
Diaspora