BMT-in baş katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsinin tərəflərini hərbi əməliyyatlara dərhal son qoymağa, atəşkəsə rejiminə əməl etməyə və gərginliyin aradan qalxması üçün təcili tədbirlər görməyə çağırıb.
Qaziler.az bildirir ki, Trend-in məlumatında görə, bu barədə BMT-nin saytında yerləşdirilən bəyanatda deyilir.Pan Qi Mun bununla əlaqədar BMT Minsk Qrupunu və münaqişənin nizamlanması üzərində çalışan bütün tərəfləri tam dəstəklədiyini təsdiqləyib.
Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.