“Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa İttifaqının gündəliyindədir“

“Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa İttifaqının gündəliyindədir“ backend

Dağlıq Qarabağ yarası indiyədək Azərbaycan və Ermənistanı bir-birindən ayırmaqdadır.

Qaziler.az-ın məlumatına görə, "Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini öz bloqunda Bakı və İrəvana səfərlərinin yekunları ilə bağlı açıqlamasında qeyd edib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa İttifaqının gündəliyindədir və Aİ öz xüsusi nümayəndəsi vasitəsi ilə prosesi müşahidə edir.
"Mən Azərbaycan və Asiya arasında körpü olan Azərbaycan və Ermənistandan yenicə qayıtmışam. Bu iki dövlət çətinlik və ziddiyətlərə baxmayaraq kövrək demokratiyanı möhkəmləndirməyi davam etdirir. Mən səfər zamanı Avropa İttifaqı üçün mühüm tərəfdaş olan ölkələrin təkcə hökumətləri ilə deyil, həm də vətəndaş cəmiyyəti və QHT nümayəndələri ilə görüşdüm", - deyə ali nümayəndə qeyd edib.
Moqerininin sözlərinə görə, Bakıya səfər Cənubi Avropada enerji təhlükəsizliyi üçün başlıca əhəmiyyət kəsb edən böyük layihə - Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasında iştirak etdim.
"Eyni zamanda, bu layihə strateji cəhətdən mühüm regionda qarşılıqlı fəaliyyət potensialının dərinləşdirilməsi və genişləndirilməsi baxımından layihə iştirakçısı olan ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. Bakıda mən, həmçinin Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdüm və onlarla regionda, eləcə də İran, Türkiyə və Rusiyadakı vəziyyəti müzakirə etdim. Biz, həmçinin Azərbaycan-Aİ münasibətlərinə də toxunduq", — deyə diplomat bildirib.
Diaspora