"İntroitus" adlanan film düşmənin vəhşiliyini yalnız öz dili ilə, yəni onların mənbələrinə əsasən bizə təqdim edib. Film daxilində Qaradağlı soyqırımını özündə əks etdirən kadrlar və Ermənistanın Müdafiə Nazirliyi səviyyəsində Terrora dəstək verməsi sənədlərə əsasən göstərilib.
Layihə müəllifi, araşdırmaçı Şahin Qocayev, operator Rauf Məmmədov və aktyoru Yarəhmədov Saleh olan film, “Arabo” Terror Dəstəsinə aid çəkilən ilk sənədli film olmaqla yanaşı bizə soyqırım cinayətkarlarını daha yaxından tanımaq imkanı verir.