Ermənistan səmimilik sınağından keçə bilmədi.
Qaziler.az bildirir ki, Trend-in "TurkishNY" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.Onun sözlərinə görə, Ermənistanın qonşularına qarşı xoş niyyəti yoxdur.
2009-ci ildə imzalanmış Ermənistan-Türkiyə protokollarından danışan nazir qeyd edib ki, Türkiyə ikitərəli əlaqələrin normallaşdırılması üçün Ermənistan qarşısında şərt qoydu: "Şərtə əsasən, Azərbaycan torpaqları işğaldan azad edilməlidir. Lakin Ermənistan bu şərti yerinə yetirmədi. Azərbaycan torpaqları azad edilmədən Ankara və Yerevan arasında əlaqələrin normallaşmasından söhbət gedə bilməz".