Heydər Əliyev Sarayında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Heydər Əliyev Sarayında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb backend

Heydər Əliyev Sarayında Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Qaziler.az-ın məlumatına görə, sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımını əks etdirən kitab stendinə baxıblar.

Xocalı soyqırımı qurbanlarının və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Heydər Əliyev Sarayının direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev Xocalı soyqırımı barədə məlumat verib, Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə 613 dinc sakinin amansızcasına qətlə yetirildiyini, yüzlərlə günahsız azərbaycanlının əsir götürüldüyünü diqqətə çatdırıb. F.Babayev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliği, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən işlərdən danışıb. Xocalı soyqırımı, onun ağır nəticələrinin, tarixi-mədəni abidələrimizin məhv edilməsinin və Azərbaycana qarşı edilən ədalətsizliyin dünya ictimaiyyətinə çatdırılması baxımından görülən işlərdən, çap olunan kitab, jurnal və posterlərdən, çəkilən sənədli filmlərdən bəhs edilib. Qeyd olunub ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə keçirilən etiraz aksiyaları, habelə seminarlar, konfranslar sayəsində Xocalı faciəsi bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

Xocalı faciəsinin tədbirdə iştirak edən canlı şahidləri həmin gecənin dəhşətlərindən danışıblar.

Sonda Xocalı faciəsinin dəhşətlərini əks etdirən “Xocalı soyqırımı” sənədli filmi nümayiş olunub.
Diaspora