Qarabağ münaqişəsini gündəmə gətirən “Xəzər” qısametrajlı film yarışına işlərin qəbulu müddəti uzaldılıb. "Ermənistanın işğalı altındakı Qarabağ" mövzulu yarışa müraciət fevralın 4-dək davam edəcək.
Müsabiqənin təşkilatçısı "Hazar World" jurnalıdır. Bu, Türkiyənin Xəzər ölkələri, eləcə də regionda baş verənləri fərqli baxış bucağından oxuculara çatdıran yeganə jurnalıdır.Müsabiqə həm Qarabağ problemini yenidən gündəmə gətirəcək, həm də kino çəkilişi ilə məşğul olmaq istəyənlərə dəstək məqsədi daşıyır. (anspress)
Yarışın finalında müsiflərin seçdiyi 10 film yarışacaq.
Müsabiqənin mükafat fondu 23 min liradır. Birinci yerin sahibi 10, ikinci 7, üçüncüyə isə 5 min lira veriləcək. Müsiflərin özəl mükafatını qazanacaq şəxs isə 1000 lirə və "Apple iPad Mini" ilə mükafatlandırlacaq.
qhtxeber