Londonda Xocalı soyqırımının ildönümünə həsr edilmiş yürüş-mitinq keçirilib.
Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, Azərbaycan-Britaniya Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə keçilmiş aksiyaya tələbərlə yanaşı şəhər sakinləri və diaspor üzvləri də qatılıblar.Aksiyada “Xocalıya ədalət!”, “Rədd olsun erməni terrorizmi!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Sarkisyan terrorçudur”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirilib, bu soyqırıma beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsinə çarış edilib.