Fevralın 24-də “Xocalıya Ədalət” beynəlxalq təbliğat, təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə gənc rəssamların Xocalı soyqırımına həsr edilmiş sərgisi keçiriləcək.
Qaziler.az Azərtac-a istinadən xəbər verir ki, sərgidə Böyük Britaniyadan olan tələbələrin və gənc rəssamların əsərləri təqdim ediləcək. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və qaçqınların vəziyyətini ən yaxşı təsvir edən rəssamlar Xocalı Sülh mükafatına layiq görüləcəklər.Londonda Xocalı Sülh mükafatı veriləcək

