“Xocalı faciəsinin baş verəcəyini Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibov əvvəcədən bilirdi”.
Qaziler.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatında deyib.Onun sözlərinə görə, faciədən sonra Azərbaycan Daxili İşlər Nazirliyi faciədə cəmi iki adamın öldüyü haqqında məlumat yayıb: “Sonradan Azərbaycan dövləti faciədə 613 nəfərin qətlə yetirilməsini sübut etmək üçün xeyli əziyyət çəkdi”.
X.Vəliyev əlavə edib ki, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılmasında Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasının böyük rolu olub.
O qeyd edib ki, soyqırım üçün hansısa irqi məhv etmək lazım deyil, buna cəhd etmək, belə bir fikirə düşmək özü də bu cinayətin bir hissəsi deməkdir: “Günümüzdə soyqırımların ən pik nöqtəsi Xocalı faciəsidir”.