Ohanyan Azərbaycan ərazisində - FOTO

Ohanyan Azərbaycan ərazisində - FOTO backend

Ermənistanın müdafiə naziri Seyran Ohanyan qondarma Dağlıq Qarabağ Respublikasına səfər edib.

Qaziler.az bildirir ki, ANS PRESS-in məlumatına görə, bu barədə qondarma rejim rəhbərinin mətbuat xidməti məlumat yayıb. Seyran Ohanyan qondarma respublikanın prezidenti Bako Saakyanla görüşüb.

Görüşdə qondarma rejimin müdafiə naziri Levon Matsakanyan iştirak edib. Ümumilikdə son vaxtlar Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərinin sayı artıb.


Seyran Ohanyan və qondarma rejim rəhbərliyi arasında görüş

Bundan əvvəl Seyran Ohanyan ötən ilin dekabrında Dağlıq Qarabağa səfərə gəlmişdi. Həmçinin dekabrın 30 –da Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Ermənistan-Azərbaycan sərhəd xəttinə səfər etmişdi.

Həmin vaxt cəhbədə atəşkəs intensiv formada pozulurdu. Nalbandyan əsgərlərlə söhbətdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Ermənistanın səyləri barədə danışıb.

Cəbhə xəttində baş verən son gərginliklərdən sonra Ermənistan rəhbərliyinin Azərbaycan-Ermənistan dövlət sərhədinə və Dağlıq Qarabağ zonasına səfərləri artıb. ">
Seyran Ohanyan və qondarma rejim rəhbərliyi arasında görüş

Bundan əvvəl Seyran Ohanyan ötən ilin dekabrında Dağlıq Qarabağa səfərə gəlmişdi. Həmçinin dekabrın 30 –da Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Ermənistan-Azərbaycan sərhəd xəttinə səfər etmişdi.

Həmin vaxt cəhbədə atəşkəs intensiv formada pozulurdu. Nalbandyan əsgərlərlə söhbətdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Ermənistanın səyləri barədə danışıb.

Cəbhə xəttində baş verən son gərginliklərdən sonra Ermənistan rəhbərliyinin Azərbaycan-Ermənistan dövlət sərhədinə və Dağlıq Qarabağ zonasına səfərləri artıb.
Diaspora