Almaniyanın Hamburq şəhərində Azərbaycan Tələbələri Şəbəkəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar flaşmob keçirilib. “Xocalını unutma” devizi altında təşkil edilən flaşmobda Berlin, Bremen, Hayde, Flensburq, Sigen və Hamburqda təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, Almaniya, İspaniya, Boliviya, Türkiyədən olan gənclər də iştirak edib.
50-yə yaxın tələbənin qatıldığı flaşmoba Almaniyanın tanınmış aktyoru pantomim ustası Andreas Ebbert Schol da iştirak edib. O, öz pantomim jestləri ilə Xocalı sakinlərinin bir gecədə məhv olan dinc həyatını nümayiş etdirib. Azərbaycan folklor musiqisinin sədaları altında göstərilən flaşmob yüzlərlə Hamburq sakininin diqqətini cəlb edib.Flaşmobdan sonra tələbələr tamaşaçılara Xocalı faciəsi haqqında məlumat verib, “Xocalını unutma” yazılı şamlar və broşurlar paylayıblar.