“ASAN Könüllüləri” təşkilatı ictimai birliyinin təşkilati dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Qarabağ əhalisi” layihəsi çərçivəsində işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş soydaşlarımızın xatirələrinin yer aldığı filmlər çəkilib.
Qaziler.az Trend-ə istinadən bildirir ki, filmlərdə məcburi köçkünlərin Qarabağla bağlı xatirələri, gündəlik yaşam tərzləri yer alır.Filmlər yanvarın 24-də keçiriləcək təqdimat mərasimində nümayiş olunacaq.
Layihənin əsas məqsədi Qarabağdan didərgin düşmüş, habelə hazırda Ağdam, Tərtər, Füzuli və digər rayonlarda yaşayan vətəndaşlarımızın Qarabağ və gündəlik yaşamları barədə düşüncələrini, müharibənin onlara yaşatdığı iztirabları, ağrı-acıları, Qarabağ həqiqətlərini filmlər vasitəsilə geniş ictimaiyyətə çatdırmaqdır. Layihə çərçivəsində 4 videoçarx hazırlanıb ki, bunlardan 2 film təqdimat mərasimində nümayiş olunacaq.