Ağdamda mülki vətəndaş erməni gülləsinə tuş gəlib.
Qaziler.az-ın məlumatına görə, APA-nın Qarabağ müxbiri xəbər verir ki, hadisə bu gün rayonun Təzəkənd kəndi ərazisində baş verib.Ağdam rayon Güllücə kənd sakini 1958-ci il təvəllüdlü Fərəcov Məhəmməd Fərəc oğlu, təsərrüfatında suvarma işləri apararkən ermənilərin açdığı atəş nəticəsində yaralanıb.
Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Yaxınlarının APA-ya verdiyi məlumata görə, həkimlər ilkin tibbi yardım göstərdikdən sonra məlum olub ki, güllə dərini zədələyib, lakin daxilə keçməyib.
Hazırda M. Fərəcovun səhhətində heç bir problem yoxdur. O xəstəxanadan evə buraxılıb.