Qənirə Paşayeva problemlərlə üz-üzə qalan yaralı əsgərə zəng edib

Qənirə Paşayeva problemlərlə üz-üzə qalan yaralı əsgərə zəng edib backend

QAZİLER.AZ saytı dünən ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən Azərbaycan əsgəri Sərxan Tahirzadənin qarşılaşdığı problemlərdən, ona olan biganəlikdən xəbər vermişdi. Bu barədə yazı yayılandan dərhal sonra Millət Vəkili Qənirə Paşayeva S.Tahirzadə ilə əlaqə saxlayıb.

Bunu əsgərin özü zəng edərək redaksiyaya bildirib: “Yazı yayılandan sonra Millət Vəkili Qənirə Paşayeva bizə zəng etdi. Anamla danışdı. Bildirdi ki, o, mənim problemlərimin həlli ilə bağlı nə lazımdırsa edəcək”.

Millət vəkili əsgərin anasına martın 9-da Bakıya gələcəyini və bütün aidiyatı qurumlarla əlaqə saxlayacağını bildirib.

QAZİLER.AZ
Diaspora