14 yaşında tərk etdiyi doğma yurda 32 il sonra qayıtdı - FOTO 

14 yaşında tərk etdiyi doğma yurda 32 il sonra qayıtdı - FOTO  backend

Xocalı rayonunun Ballıca kənd sakini Badamşir Bəşirov uzun illərdən sonra doğma torpağına qayıdaraq, burada yeni həyata başlayıb.

Qaziler.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Badamşir Bəşirov hələ 14 yaşında olarkən ailəsi ilə birlikdə doğma Ballıca kəndini tərk etmək məcburiyyətində qalıb. Uzun illər Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məskunlaşmış ailə doğma yurd həsrəti ilə yaşayıb.

32 il sonra 46 yaşında anası və ailəsi ilə birlikdə Ballıca kəndinə qayıdan Badamşir bu gün doğma torpağında təsərrüfatla məşğuldur. Dörd övlad atası olan kənd sakini burada ailəsinin güzəranını təmin edir. Uzun illər həsrətində olduğu doğma yurda qayıtmaq onun üçün həyatının ən unudulmaz hadisələrindən birinə çevrilib. İndi Badamşir Bəşirov öz torpağında yaşayır, çalışır və gələcəyini doğma Ballıca kəndində qurur. Onun hekayəsi doğma yurda qayıdışın, torpağa bağlılığın və yenidən başlamağın nümunəsidir.