Mərdan Orucoğlu: "Qurum hələlik həm universitet daxilində, həm də milli sahədə yeni təmsilçilər axtarmadan koordinatorluğun təyin etdiyi nümayəndə heyəti ilə işinə start verib"
“Giresun Universiteti Beynəlxalq Tələbə kordinatorluğuna bağlı fəaliyyət göstərən Beynəlxalq Tələbə Nümayəndəliyi 2015-ci ilin sentyabr ayından etibarən təsis edilib. Oktyabr ayından etibarən yeni Tədris ilində xidmətlərimizi təqdim etmək qərarına gəldik və lazım olan hüquqi prosedurları, rektorluq icazəsini həyata keçirdik.”Bu sözləri İslaminSəsi saytına Beynəlxalq Tələbə Nümayəndəliyi yeni rəhbər seçilən Mərdan Orucoğlu rəhbəri olduğu qurumla bağlı açıqlama verərkən qeyd edib.
Onun sözldərinə görə, təşkilat dünyanın dörd bir yanından təhsil almaq üçün müraciət edən tələbələri bir araya gətirib, onların istəklərini, şikayət və problemlərini asanlıqla həll etmək üçün qurulub:
“Qurum hələlik həm universitet daxilində, həm də milli sahədə yeni təmsilçilər axtarmadan koordinatorluğun təyin etdiyi nümayəndə heyəti ilə işinə start verib. Artıq "Müstəqil Qazaxıstan" adlı ilk tədbirimizi reallaşdırdıq. Daha yaxşı xidmət göstərmək, şagirdlərimizə onların qiymətli olduqlarını hiss etdirmək üçün ölkələrinin müstəqillik, qurtuluş və soyqırım kimi əhəmiyyətli günlərini qeyd etməyi qarşıya məqsəd qoymuşuq. 2016-ci ilin ikinci dövründə nümayəndəliyin rəhbərliyinə seçimlər keçiriləcək və bu bir sistem halına gələcək.”
Mərdan Orucoğlu onu da qeyd etdi ki, Beynəlxalq Tələbə Koordinatorluğunun missiyası ilə paralel olaraq, Türkiyədə Giresun universitetinin uğurlu, etibarlı, şəffaf ali təhsil ocağına çevrilməsi üçün əllərindən gələni edəcəklər: ”Qurumun özünə aid loqosu, bəlli iş saatı, tələbələrlə ünsiyyət qaydaları, Facebook, Twitter, Instagram və WhatsApp kimi sosial şəbəkə qaynaqları da mövcuddur. Ən böyük hədəfimə gəlincə isə, siyasi elmlər sahəsində uğur qazanmaq, siyasi alim kimi yetişmək, Beynəlxalq Əlaqələr üzrə mütəxəssis olmaq istəyirəm . “
Qeyd edək ki, Mərdan Orucoğlu dünyasını dəyişmiş Qarabağ qazisi Oruc Məmmədəliyevin oğuludur.