Ağdama həsr olunan klip yayımlanıb - VİDEO

Ağdama həsr olunan klip yayımlanıb - VİDEO backend

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Ağdam Şəhəri Gününə həsr olunan klip yayımlanıb.

Qaziler.az xəbər verir ki, illər boyu Ağdamdan uzaqda olsalar da, milli musiqimizin görkəmli sənətkarları öz ifaları ilə Ağdam üçün oxuyub, Ağdamın adını, ruhunu, musiqi ənənələrini yaşadıblar. Bu dəfə isə səslər doğma ünvana qayıdıb. Sənətkarlarımız yenidən Ağdamda, elə Ağdam üçün oxuyublar.

Ağdam Şəhəri Günü ilə bağlı “Ağdam üçün oxu” layihəsi çərçivəsində səslənən hər ifa doğma şəhərə sevginin, bağlılığın və qayıdışın musiqili ifadəsinə çevrildi.

Bu gün Ağdam yenidən qurulur, öz ruhuna, səsinə, musiqisinə qovuşur.