Qarabağ qazisi müalicəsizlikdən dünyasını dəyişdi

Qarabağ qazisi müalicəsizlikdən dünyasını dəyişdi backend

Yevlax rayonunun Malbinəsi kənd sakini, 1967-ci il təvəllüdlü, 3-cü qrup Qarabağ qazisi (əlili) Əliyev Məmməd Bahadur oğlu müalicəsizlikdən dünyasını dəyişib. Bu barədə Qazilər.az saytına “Qarabağ qaziləri” birliyinin mətbuat xidmətindən məlumat daxil olub.

Uzun müddət qara ciyər serrozundan əziyyət çəkən M.Əliyev dəfələrlə öz hesabına müalicə olunsa da son illər maliyyə çatışmazlığı səbəbindən müalicəsi yarımçıq qalıb.

İki övlad atası olan Qarabağ qazisi dəfələrlə müraciət etsə də, ona pulsuz tibbi yardım göstərilməyib

P.S.“Qarabağ qaziləri” birliyinin rəhbərliyi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Diaspora