Soltanlı və Cahangirbəyli kəndlərinə köç karvanı yola salınıb - FOTO 

Soltanlı və Cahangirbəyli kəndlərinə köç karvanı yola salınıb - FOTO  backend

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Qaziler.az xəbər verir ki, bu gün Soltanlı kəndinə 16 ailə (80 nəfər), Cahangirbəyli kəndinə isə 19 ailə (75 nəfər) köçür.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, Vətən uğrunda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.