Xankəndidə mini futbol turniri başa çatıb - FOTO 

Xankəndidə mini futbol turniri başa çatıb - FOTO  backend

Noyabrın 18-də Xankəndi şəhərində Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub.

Qaziler.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə Xankəndi şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən dövlət qurumlarını təmsil edən 15 komanda mübarizə aparıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın final mərhələsində ANAMA FK ilə Xüsusi Təyinatlı Qüvvələrin komandası qarşılaşıb. Final oyunu ANAMA FK qələbəsi ilə başa çatıb. Beləliklə, ANAMA FK turnirin qalibi adını qazanıb.

Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd  dövlət qurumları arasında əməkdaşlığın və komanda ruhunun gücləndirilməsi, eləcə də bölgədə idmanın və sağlam həyat tərzinin təşviq edilməsidir.