Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub - FOTO 

Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub - FOTO  backend

Noyabrın 11-dək Zəfər Günü münasibətilə Xankəndi şəhərində yerləşən Konqres mərkəzində “Zəfər nəsli” gənclər düşərgəsi keçiriləcək.

Qaziler.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, üç gün davam edəcək düşərgədə Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər bir araya gələrək, Zəfər tariximiz, Vətən müharibəsi və Qarabağın tarixi-mədəni irsi ilə bağlı biliklərini genişləndirəcəklər.

Proqram çərçivəsində Zəfər tariximizə həsr olunmuş maarifləndirici görüşlər və müzakirələr, Vətən müharibəsi və Qarabağın tarixi ilə bağlı interaktiv fəaliyyətlər, liderlik və komanda quruculuğu sessiyaları təşkil ediləcək. Həmçinin iştirakçılar öz ideyalarını  təqdim edəcək, mədəni və sosial proqramlarda iştirak edərək, Qarabağın tarixi-mənəvi irsi ilə yaxından tanış olacaqlar.

Düşərgənin əsas məqsədi gənclərdə milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, Zəfər tariximizin gələcək nəsillərə ötürülməsi, liderlik və təşəbbüskarlıq bacarıqlarının inkişaf etdirilməsidir.