Xocalı və Ağdərəyə növbəti köç yola salınıb - FOTO 

Xocalı və Ağdərəyə növbəti köç yola salınıb - FOTO  backend

Oktyabrın 22-də Xocalı və Ağdərə rayonlarına növbəti köç prosesi həyata keçirilib. Bu mərhələdə ümumilikdə 44 ailə olmaqla 176 nəfər doğma yurdlarına qayıdaraq yeni həyata başlayıb.

Qaziler.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xocalı rayonu üzrə Ballıca kəndinə 5 ailə (27 nəfər), Xocalı şəhərinə 4 ailə (23 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər), Daşbulaq kəndinə isə 1 ailə (2 nəfər) köçürülüb. Beləliklə, bu mərhələdə Xocalı rayonuna ümumilikdə 15 ailə, 64 nəfər qayıdıb.

Ağdərə rayonu üzrə isə Heyvalı kəndinə 23 ailə (83 nəfər), Vəngli kəndinə 6 ailə (29 nəfər) köçürülüb. Ümumilikdə, Ağdərə rayonuna 29 ailə, 112 nəfər qayıdıb. Doğma yurda qayıdan ailələr yeni mənzillərinə yerləşdirilib. Sakinlərin rahat yaşayışı üçün zəruri şərait yaradılıb, yaşayış məntəqələrində müvafiq infrastruktur qurulub. Qayıdan ailələrin gündəlik tələbatlarının qarşılanması, onların doğma torpaqlarında təhlükəsiz və rahat həyat sürməsi üçün lazımi imkanlar təmin edilib.

Beləliklə, növbəti köç prosesi çərçivəsində Xocalı və Ağdərə rayonlarına qayıdan 176 nəfər doğma torpaqlarında yeni həyatlarına qədəm qoyub. Bu qayıdış azad edilmiş ərazilərdə həyatın bərpası, yaşayış məntəqələrinin dirçəldilməsi və Böyük Qayıdış prosesinin davam etdirilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir.