34 ildən sonra doğma yurda qayıtdı: Heyvalıda yeni həyat - FOTO 

34 ildən sonra doğma yurda qayıtdı: Heyvalıda yeni həyat - FOTO  backend

Gənc yaşlarında Ağdərə rayonunun Heyvalı kəndindən ayrılan Ərşad Həsənov 34 ildən sonra doğma torpağına qayıdıb. O, həyat yoldaşı  övladları və nəvələri ilə birlikdə illər əvvəl tərk etdiyi yurdda yeni həyata başlayıb.

Qaziler.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məcburi köçkün kimi İsmayıllı rayonunda məskunlaşan ailə, artıq öz yurdunda- Heyvalıda zəhməti ilə gələcəyini qurur.

Onlar doğma torpaqda ailə biznesinə başlayıblar. Burada çörək və kətə bişirib satırlar. Ailə üçün bu kiçik biznes yalnız qazanc mənbəyi deyil, həm də doğma torpaqda öz əməkləri ilə yaşamağın və gələcəyə inamla baxmağın göstəricisidir.