Xocalıda uşaqlar və sakinlər üçün təlimlər təşkil olunur - FOTO 

Xocalıda uşaqlar və sakinlər üçün təlimlər təşkil olunur - FOTO  backend

Xocalı şəhərində uşaqların informasiya texnologiyaları sahəsində biliklərinin artırılması, eləcə də sakinlərin yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi istiqamətində layihələr həyata keçirilir.

Qaziler.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2024-cü il mayın 28-də Xocalıda Bakı Abadlıq Xidmətinin təşkilatçılığı ilə “Azerobot Education” mərkəzi açılıb. Mərkəzdə Xocalı, Şuşa və Xankəndidən olan 80 uşağa kompüter mühəndisliyi və proqramlaşdırma üzrə təlimlər keçirilir. 6–16 yaş aralığındakı uşaqlar üçün nəzərdə tutulan təlimlərin ayda bir dəfə tam ödənişsiz təşkili planlaşdırılıb.

Bununla yanaşı Xocalı şəhərinin Sənətkarlar məhəlləsində yerləşən Sarıban Peşə İnkişaf Mərkəzində təbii dəri ilə işləmə üzrə təlim keçirilir. 

Bakı Abadlıq Xidmətinin dəstəyi ilə təşkil olunan təlimdə iştirakçılara dərinin növləri, işlənmə texnikaları və müxtəlif aksesuarların hazırlanması öyrədilir. İştirakçılar bilərzik, boyunbağı, açarlıq və digər əl işlərinin hazırlanması üzrə praktiki bacarıqlar da əldə edəcəklər.

Layihələrin əsas məqsədi uşaqların müasir texnologiyalar sahəsində biliklərini artırmaq, sakinlərin yaradıcılıq potensialını üzə çıxarmaq və onların yeni bacarıqlar əldə etməsinə dəstək olmaqdır.