Beynəlxalq konfrans iştirakçıları Xocalı soyqırımı memorialını ziyarət ediblər - FOTO 

Beynəlxalq konfrans iştirakçıları Xocalı soyqırımı memorialını ziyarət ediblər - FOTO  backend

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Bakı Dialoqu formatında keçirilən IV beynəlxalq konfransın iştirakçıları Qarabağa səfər ediblər. Səfər çərçivəsində sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, insan hüquqları sahəsində mütəxəssislər, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri və hərbi attaşelər Xocalı şəhərində olublar.

Qaziler.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, oktyabrın 9-da nümayəndə heyətinin üzvləri Xocalı soyqırımı memorialını ziyarət edərək faciə qurbanlarının xatirəsini yad ediblər. Kompleksi ziyarət edən qonaqlara memorial kompleks barədə ətraflı məlumat verilib.

Bildirib ki, Xocalı Soyqırımı Memorial Kompleksi, Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.

Qeyd edək ki, oktyabrın 7–10-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda  keçirilən IV beynəlxalq konfrans itkin düşmüş şəxslər probleminin həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı etimadın artırılması və bu sahədə effektiv mexanizmlərin inkişaf etdirilməsi məsələlərinə həsr olunub.