Qubadlıda yaşayış kompleksi tikilir - VİDEO

Qubadlıda yaşayış kompleksi tikilir -  VİDEO backend

Ermənilərin yerlə yeksan etdiyi Qubadlıda indi yeni yaşayış məhəlləsi formalaşır.

Qaziler.az Xəzər TV-yə istinadən bildirir ki, şəhərin Baş planına uyğun inşa olunan birinci yaşayış kompleksində tikinti işləri davam etdirilir.

Layihədə binaların yerləşməsi ilə yanaşı, avtomobillərin saxlanması və kompleksdaxili hərəkətin təşkili də nəzərə alınıb.

Kompleksdə müxtəlif planlı mənzillər inşa olunur. Layihə yalnız yaşayış binaları ilə məhdudlaşmır. Ərazidə sakinlərə xidmət göstərəcək qeyri-yaşayış sahələri də nəzərdə tutulub.

İkinci yaşayış kompleksinin layihələndirilməsi Qubadlıda tikinti işlərinin mərhələli şəkildə genişləndirilməsinə imkan verəcək. Birinci kompleksdə isə binalarla yanaşı, sakinlərin istirahəti və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan açıq sahələr yaradılacaq.

Bu gün tikinti səslərinin eşidildiyi ərazidə işlər başa çatdıqdan sonra həyat yenidən canlanacaq. Yeni mənzillərin qapıları uzun illər yurd həsrəti çəkən Qubadlı sakinlərinin üzünə açılacaq. Beləliklə, doğma şəhərdə onların həyatının yeni mərhələsi başlayacaq.

Daha ətraflı videomaterialı təqdim edirik.