Məşhur rus jurnalisti və publisisti Aleksandr Nevzorov, Qarabağ münaqişəsi və bir azərbaycanlı barədə xatirələrini bölüşür.
Qaziler.az Meydan TV-yə istinadən bildirir ki, Nevzorov 80-ci illərin sonu 90`ların əvvəli bütün Sovet ittifaqında ən populyar informasiya proqramı olan "600 saniyə" (600 секунд) verilişinin müəllifidir. O öz jurnalistika fəaliyyəti zamanı Qarabağdan tutmuş Çeçen müharibəsinədək bir çox konfliklərdə şəxsən iştirak edib. Qarabağ konfliktini də o əsasən Azərbaycan tərəfdən işıqlandırırdı.
Qaziler.az tanınmış Qarabağ qazisi, jurnalist Rey Kərimoğlua istinadən bildirir ki, söhbətdə adı çəkilən qəhrəman döyüşçü Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovdur.