Xarici diplomatlar Ağdərədə Gəncəsər monastırında olublar - FOTO

Xarici diplomatlar Ağdərədə Gəncəsər monastırında olublar - FOTO backend

Qarabağda səfərdə olan xarici diplomatlar sentyabrın 12-də Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırını ziyarət ediblər. Səfər çərçivəsində diplomatlara Gəncəsər monastırı və ərazidə yerləşən digər tarixi-mədəni irs nümunələri barədə məlumat verilib. Nümayəndələr tarixi abidələrə baxış keçiriblər.

Qaziler.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqlara Qarabağda tarix-mədəni irsin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən layihələr barədə də məlumat verilib.

Diplomatik nümayəndələr, Gəncəsər monastırının yerləşdiyi ərazidə aparılan işlərlə bağlı təəssüratlarını bölüşüblər.