Xocalıda mina partladı: ANAMA əməkdaşı yaralandı

Xocalıda mina partladı:  ANAMA əməkdaşı yaralandı backend

Xocalı rayonunun Daşkənd kəndi ərazisində sentyabrın 10-da mina hadisəsi baş verib.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, ANAMA əməkdaşı, 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alıb.

Hadisə zamanı Anar Həsənovun sol ayağı xəsarət alıb. O, rayon xəstəxanasına təxliyə edilib.

Hazırda yaralının vəziyyəti qənaətbəxşdir.