Azərbaycan Müdafiə Nazirliyi (MN) erməni silahlı birləşmələrinə məxsus pilotsuz uçan aparatın məhv edilməsi anının videogörüntüsünü yayıb.
Qaziler.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, erməni silahlı birləşmələrinə məxsus pilotsuz uçan aparatın guya vurulmadığı barədə erməni tərəfinin iddialarına cavab olaraq mövqelərimizə yaxınlaşan və çəkilişlər etməyə cəhd göstərən düşmən aparatının vurulma anı və kamerasından əldə edilmiş kadrları təqdim edirik.