Xocalının Ballıca kəndində toy çadırı quruldu - FOTO

Xocalının Ballıca kəndində toy çadırı quruldu -  FOTO backend

Xocalı rayonunun Ballıca kəndində sevinc dolu gün yaşanır. Kənddə toy çadırı qurulub.

Qaziler.az xəbər verir ki, Xankəndi, şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Hüseynovlar ailəsində böyük sevinc və həyəcan yaşanır. Əmrah və Arzunun toy mərasimi keçirilir.

Bu günün əsas özəlliyi isə gənc cütlüyün ailə həyatına məhz doğma yurdda, Xocalının Ballıca kəndində başlamasıdır. Vaxtilə insanların məcburi şəkildə tərk etdiyi torpaqlarda bu gün toy məclisləri, yeni ailələr qurulur, uşaqlar dünyaya gəlir, həyat yenidən canlanır. Ballıca kəndində keçirilən bu toy yalnız bir ailənin sevincini deyil, həm də doğma torpaqlarda həyatın bərpasının, insanların öz yurdlarına qayıdaraq, burada gələcək qurmasının rəmzi kimi diqqət çəkir.

Azad edilmiş torpaqlarımızdan həmişə toy sədası gəlsin!