İşğaldan azad olunmuş Kəlbəcər şəhərində fəaliyyət göstərən Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumi təhsil məktəbinin ilk və yeganə məzunu Nəzrin Seyfəddin qızı Atakişiyeva tələbə adını qazanıb.
Qaziler.az AZƏRTAC-a istinadla xəbər verir ki, Nəzrin Atakişiyeva Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olunub.

