33 illik həsrətdən sonra doğma yurduna qayıdan Amil Səfərov bu gün ailəsi ilə birlikdə Ağdərə rayonunun Kolatağ kəndində yeni həyat qurur.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə o, kənddə əkin-biçinlə məşğul olur, maldarlıq təsərrüfatı yaradıb, toyuq-cücə saxlayır.
Amil deyir ki, doğma torpaqda zəhmət çəkməyin ayrı bir mənəvi dəyəri var.
Kolatağda həyat tədricən canlanır. Böyük Qayıdış çərçivəsində yurduna qayıdan ailələr, doğma kəndlərində həm yaşayır, həm də bu torpaqlarda kənd təsərrüfatını yenidən dirçəldirlər.

