Altı ayda işğaldan azad olunan ərazilərə xərclənən vəsaitin miqdarı AÇIQLANDI

Altı ayda işğaldan azad olunan ərazilərə xərclənən vəsaitin miqdarı  AÇIQLANDI backend

İlin ilk altı ayında işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına 1 milyard 64 milyon 100 min manat vəsait yönəldib.

Qaziler.az xəbər verir ki, həmin vəsaitin 974.1 milyon manatı infrastruktur layihələrinə yönəldilib.

Bunun 489.3 milyon manatı avtomobil yollarının layihələndirilməsi, tikintisi və yenidən qurulmasına, 371.1 milyon manatı yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisinə, 67.6 milyon manatı turizm infrastrukturunun yaradılmasına, 15.9 milyon manatı Şuşa, Xankəndi və Laçında kanat yolunun layihələndirilməsi və tikintisinə, 15.3 milyon manatı işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin elektrik təchizatına, 7.6 milyon manatı magistral su xətləri, tullantı və yağış kollektorları üzrə layihə-smeta sənədlərinin hazırlanmasına və tikinti işlərinə, 7.3 milyon manatı isə sənaye parklarında infrastrukturun yaradılmasına sərf olunub.

Bundan başqa, 29.8 milyon manat səhiyyə və mədəniyyət sahələrində sosial layihələrin maliyyələşdirilməsinə, 45.3 milyon manat ərazilərin minalardan təmizlənməsinə, 14.9 milyon manat isə müdafiə və hüquq-mühafizə təyinatlı obyektlərin tikintisi və təmiri işlərinə ayrılıb.