Birinci Qarabağ müharibəsi şəhidi Bahadur Kamalovun qalıqları Kəlbəcərdə dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsi şəhidi Bahadur Kamalovun qalıqları Kəlbəcərdə dəfn olunub -  FOTO backend

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Kamalov Bahadur Məhəmməd oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

Qaziler.az-ın Apa-ya istinadən xəbərinə görə, bu gün şəhidlə vida mərasimi keçirilib.

Şəhidin qalıqları Kəlbəcər rayonunun Zar kəndində dəfn olunub.

Qeyd edək ki, Kamalov Bahadur Məhəmməd oğlu 1937-ci ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olub.

1993-cü il aprelin 5-də Kəlbəcər rayonu, Murovdağ silsiləsində itkin düşüb.