Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış şəhid Rauf Əjdər oğlu Əhmədov Goranboy rayonunun Sarov kəndində torpağa tapşırılıb.
Qaziler.az AZƏRTAC-a istinadla xəbər verir ki, Sarov kənd qəbiristanlığında keçirilən dəfn mərasimində şəhidin ailə üzvləri, dövlət rəsmiləri, hərbçilər, şəhidin döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə cənazə namazı qılınıb.
Şəhid Rauf Əhmədov Birinci Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq orduya yazılıb, Murov, Kəlbəcər, Ağdam və Ağdərə istiqamətlərində döyüşüb. O, 1993-cü ildə Ağdərə istiqamətində döyüşlərdə itkin düşüb.



