Xankəndinə çatan sakinlərə evlərin açarları təqdim edildi

Xankəndinə çatan sakinlərə evlərin açarları təqdim edildi backend

Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.

Qaziler.az Report.az-a istinadla xəbər verir ki, açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə şəhərə 18 ailə - 68 nəfər köçürülüb.