Şükürbəyliyə köç edən 45 ailəyə açarlar təqdim olunub

Şükürbəyliyə köç edən 45 ailəyə açarlar təqdim olunub backend

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan köç çatıb.

Qaziler.az xəbər verir ki, kəndə çatan sakinlər qarşılandıqdan sonra ailələrə mənzillərin açarları təqdim olunub.

Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə - 196 nəfər köçürülüb.