Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO 

Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO  backend

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.

Qaziler.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə - 196 nəfər köçürülüb.