AFFA Xankəndidə sosial aksiya keçirib - FOTO 

AFFA Xankəndidə sosial aksiya keçirib - FOTO  backend

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin təşkilatçılığı və AFFA hakimlərinin dəstəyi ilə Xankəndi şəhərində sosial aksiya keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərə görə, aksiya çərçivəsində Xankəndi şəhərində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasının bu il birinci sinfə gedəcək uşaqlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim olunub.

Tədbirdə AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva çıxış edərək, uşaqların təhsil və rifahının dəstəklənməsinin vacibliyini vurğulayıb. Hədiyyələri təqdim edən beynəlxalq dərəcəli baş hakim Əliyar Ağayev və beynəlxalq dərəcəli köməkçi hakim Gülnurə Əkbərzadə uşaqları qarşıdan gələn məktəb həyatı münasibətilə təbrik ediblər.Aksiya uşaqların təhsilə hazırlığının dəstəklənməsi və onların bayram sevincinin bölüşülməsi məqsədilə təşkil olunub.