Xankəndidə uşaqlar üçün tibbi müayinə aksiyası keçirilib - FOTO

Xankəndidə uşaqlar üçün tibbi müayinə aksiyası keçirilib - FOTO backend

1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun ixtisaslı həkim heyəti Xankəndi şəhərində yaşayan  balaca sakinləri tibbi müayinədən keçirib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqlər şöbəsindən Qaziler.az-a bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində sağlam həyat tərzinin təşviqi məqsədilə baş tutan humanitar aksiyanın əsas məqsədi Xankəndi şəhərində yaşayan uşaqların sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, profilaktik tədbirlərin gücləndirilməsi və ixtisaslaşmış tibbi xidmətlərin əlçatanlığının artırılmasıdır.

Eyni zamanda, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun heyəti, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri də təşkil edib. Uşaqların sevinc dolu anlar yaşaması, onların bayram əhval-ruhiyyəsini hiss etməsi üçün xüsusi proqram hazırlanıb, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə uşaqlara müxtəlif hədiyyələr paylanılıb və tədbirin sonunda havaya sülh, əmin-amanlıq nişanəsi olan ağ və mavi rəngdə şarlar uçurulub.