Cəbhə xəttində vəziyyət yenidən gərginləşib.
Qaziler.az bildirir ki, ANS TV-nin Qarabağ bürosunun məlumatına görə, qarşı tərəf Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.Ötən gündən fərqli olaraq bu gün Tərtərin Qapanlı kəndində atəş səslərin saat 17:00 radələrində eşidilməyə başlayıb.
Məhz atəşkəsin pozulması nəticəsində ərazidə çalışan kənd sakinləri də atəşə məruz qalıblar. Xoşbəxtlikdən sakinlər arasında xəsarət alan olmayıb. Bu dəqiqələrə qədər atışma davam edir.
Qarşı tərəf daha çox minaatanlardan və iri çaplı plumyotlardan Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və kəndin ərazisi atəşə tutur.
Hazırda Tərtərin Qapanlı kəndi Ermənistan Silahlı Qüvvələri mövqelərində 200-250 metr məsafədə yerləşir. Bu isə kənd sakinləri arasında böyük narahatlığa səbəb olur.
Azərbaycan tərəfi isə qarşı tərəfin mövqelərinə cavab zərbəsi endirib.