"Şuşa şəhərində hərəkət iştirakçılarının rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə, yol hərəkətinin təşkilində müəyyən dəyişiklik edilib".
Qaziler.az xəbər verir ki, bu məlumat Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.
Qeyd olunub ki, Xankəndi şəhəri istiqamətindən Şuşa şəhərinə giriş və çıxış müvafiq olaraq, İstiqlal və 8 Noyabr küçələri üzrə birtərəfli hərəkət təşkil olunub.
"Adıçəkilən küçələrdə hərəkətin nizamlanması üçün müvafiq yol nişanları quraşdırılıb, zəruri təhlükəsizlik və nəzarət tədbirləri görülüb.
Vətəndaşları Şuşa şəhərində hərəkətin təhlükəsiz və rahat təşkili məqsədilə edilən dəyişiklikləri nəzərə almağa, yol nişanları və digər nizamlama vasitələrinin tələblərinə diqqətlə əməl etməyə tövsiyə edirik", - deyə məlumatda vurğulanıb.
Oxu.az



