Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndində yeni köçürülən ailələrə evlərinin açarları təqdim edilib.
Qaziler.az "report.az"a istinadla xəbər verir ki, bu mərhələdə Zəngilan şəhərinə 59 (235 nəfər), Şükürbəyli kəndinə isə 97 ailənin (419 nəfər) daimi qayıdışı təmin edilib.
Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.



